İsrail Livan və Suriyadakı obyektləri vurdu

İsrail Livan və Suriyadakı obyektləri vurdu

İsrail Livanda hərbi obyektlərə zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Ordu Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə hücumlar təşkil etdiyini açıqlayıb.

“Gecə ərzində qırıcı təyyarələr bir sıra hədəflərə, o cümlədən Odise bölgəsindəki müşahidə məntəqəsinə və Hiam bölgəsindəki iki hərbi obyektə hücum edib”, – məlumatda qeyd olunub.

İranın ərəbdilli “Əl-Əlam” nəşrinin məlumatna görə, gecə İsrail ordusu Suriyanın cənubundakı Dəra vilayətindəki radiolokasiya stansiyasını vurub.

Teqlər: