İsrail konsulluğu Abdullahiana görə vurub – İddia

İsrail konsulluğu Abdullahiana görə vurub – İddia

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Omana aprelin 2-də səfər etməli imiş. Nazir orada “Əqsa tufanı” əməliyyatından sonrakı regional məsələləri müzakirə edəcəkmiş.

AzerTimes xəbər verir ki, bu barədə Oman məsələləri üzrə ekspert Cavad Mirqluvi Bayat danışıb.

“Oman “Əqsa tufanı” əməliyyatından sonra İran və ABŞ arasında gizli danışıqlar məkanıdır. Maskatda edilən tənzimləmələr əməliyyatın bütün bölgəyə yayılmaması və geri dönüşü olmayan bir nöqtəyə çatmaması üçün vacibdir. Unutmayın ki, Abdullahianın səfəri aprelin 2-si baş tutmalı idi, lakin İsrailin İranın Suriyadakı konsulluğuna hücumu səbəbindən bu səfər təxirə salındı. Demək istəmirəm ki, İsrail bu danışıqların getdiyini və Abdullahianın ora gedəcəyini bilib həmin gün konsulluğa hücum edib. İsrailin məqsədlərindən biri İran və ABŞ arasındakı Maskat danışıqlarını pozmaq ola bilər”, – o bildirib.

Teqlər: