İsrail İraqla münasibətlərin qurulmasını dəstəkləyir – Baş nazir

İsrail baş naziri Naftali Bennett bir qrup İraqlı yerli siyasətçi, tayfa liderləri və etno-konfessional qrupların nümayəndələrinin İraqın yəhudi dövləti ilə münasibətlərini tam normallaşdırılmasına dair ictimai çağırışı dəstəkləyib.

AzerTimes-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Bennett bu barədə “Twitter” hesabında yazıb.

“Bu çağırış aşağıdan səslənir, yuxarıdan deyil, xalqdan gəlir, hökumətdən yox. İsrail dövləti cavab olaraq sülh əlini uzadır”, – baş nazir paylaşımda qeyd edib.

Teqlər: