İsrail ilk “gey” spikerini seçdi

İsrail ilk “gey” spikerini seçdi

Knesset İsrailin 37-ci hökumətinə etimad səsverməsindən az əvvəl Likud partiyasından olan deputat Əmir Ohananı spiker seçib. Keçmiş hakimiyyətin sabiq naziri Ohana bu vəzifəni tutan ilk “gey” üzvüdür.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms İsrail” qəzeti məlumat yayıb.

Məlumata görə, Knessetdə ən strateji mövqelərdən birini tutan spiker qanunvericilik gündəliyinə və sürətinə, habelə qanunvericilik iclaslarının keçirilməsinə əhəmiyyətli təsir göstərir. Ohana əvvəllər ədliyyə naziri və ictimai təhlükəsizlik naziri vəzifələrində çalışıb və 2019-cu ildə əvvəlki vəzifəsinə yüksəlməsi onu İsrailin ilk “gey” naziri edib.

Bəzi ifrat sağçı və ultra-pravoslav Likud tərəfdaşları homofob mövqelərini ifadə ediblər.

Teqlər: