İsrail iki cəbhədə müharibə apara bilməyəcək – İran

İsrail iki cəbhədə müharibə apara bilməyəcək – İran

Livan İsrailin bölgədəki təcavüzkar planlarına qarşı müqavimətin önündə gedir. Biz Hizbullahın potensialını bilirik və İsrail iki cəbhədə – Qəzza zolağında və Livanın cənubunda müharibə apara bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Yaxın Şərqdəki mövcud qarşıdurmanın qalibləri müqavimət dəstələri və Fələstin xalqı olacaq və müharibəni alovlandıranlar məğlub olacaqlar. İsrailin təcavüzünü dayandıra bilməyən ABŞ regionda vəziyyətin gərginləşməsinin əsas günahkarıdır. Vaşinqtona əvvəldən xəbərdarlıq etdik ki, Qəzzaya müdaxilə dayandırılmasa, müharibə bütün bölgəyə yayılacaq. İndi Amerika-sionist siyasətinin uğursuz olduğu aydın oldu. Davamlı sülh və təhlükəsizlik yalnız siyasi həll yolu ilə qurula bilər”, – nazir bildirib.

Teqlər: