İsrail ordusu Livandakı Hizbullahın hədəflərinə yeni hücumlar həyata keçirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Son bir saat ərzində İsrail tankları Teyr Harf və Ayt əş-Şaab bölgələrində Hizbullah terrorçularının infrastrukturuna zərbələr endiriblər”, – bəyanatda deyilir.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Kafr Killa qəsəbəsi ərazisində Hizbullah hədəflərinə və Blida bölgəsində qruplaşmanın müşahidə məntəqəsinə aviazərbələr endirib.