İsrail HHQ Qəzza zolağında radikal qruplaşmaların mövqelərinə zərbələr endirib

İsrail aviasiyası Qəzza zolağındakı radikal qruplaşmaların mövqelərini hava zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə Fələstinin “Saut Al-Aqsa” radiostansiya məlumat yayıb.

Məlumata əsasən, hava zərbələri Qəzza zolağının mərkəzi hissəsində HƏMAS hərəkatı ilə əlaqəli qruplaşmaların mövqelərinə endirilib.