İsrail HHQ Livan sərhədində hədəflərə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri ölkə sərhədinin Livan tərəfində yerüstü hədəflərə zərbələr endirib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Al-Hadath” telekanalı xəbər yayıb.

Məlumata əsasən, zərbələr İsrailin yaşayış məntəqələrinə raket atan radikal Fələstin qruplaşmalarının sığınacaqlarına endirilib.


Bildirilir ki, Livanın cənubunda partlayış səsləri eşidilib.