İsrail HƏMAS-ın siyasi bürosunun liderinin evinə raket zərbəsi endirib

İsrail Qəzza zolağında HƏMAS-ın siyasi bürosunun lideri Yəhya Sinvarın evinə raket zərbəsi endirib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Al Arabiya” telekanı xəbər yayıb.

Məlumatda deyilir ki, hava zərbəsi nəticəsində siyasi büronun liderinin evi dağılıb. Lakin Y.Sinvarın həmin zaman harada olduğu barədə məlumat verilmir.


Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında qarşılıqlı raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.