İsrailin Ben Qurion hava limanı bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, buna səbəb məhkəmə islahatlarına qarşı etirazlardır.
Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasından sonra etiraz aksiyaları başlayıb.