Yəmən silahlı qüvvələri işğal olunmuş ərazilərə gedən konteyner gəmisinə qarşı uğurlu əməliyyat keçiriblər.
AzerTimes xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının hərbi sözçüsü briqada generalı Yəhya Sari bildirib.
Qeyd olunub ki, əməliyyat gəmi heyətinin Yəmən donanması tərəfindən edilən xəbərdarlıqlara cavab verməkdən imtina etməsindən sonra həyata keçirilib.
Yəmən Silahlı Qüvvələri Qəzza zolağına lazım olan ərzaq və tibbi ləvazimatları çatdırılana qədər Ərəb və Qırmızı dənizlərdə İsrail limanlarına gedən bütün gəmilərin keçidini əngəlləməyə davam edəcəklərini bəyan ediblər.