Ən yeni rus bombardmançısı belə olacaq

Ən yeni rus bombardmançısı belə olacaq

Ən yeni rus bombardmançısı PAK DA-nın sınaqdan keçirilməsi üçün stend hazırlanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Techkult”un məlumatında bildirilib.

Məlumata görə, uzaqmənzilli bombardmançı təyyarənin elementlərinin sınaqdan keçirilməsi üçün nəzərdə tutulan bazada elmi işlər və hesablamalar yekunlaşıb.

Bildirilib ki, gələcək təyyarənin bütün hissələrinin, komponentlərinin sınaqları aparılacaq.

Yeni təyyarə “Tupolev” şirkətinin mühəndisləri tərəfindən yaradılır. Tu-95MS-i əvəz edəcək və Tu-160-ı keyfiyyətcə tamamlayacaq bombardmançı təyyarə 2027-ci ilə kimi istifadətə veriləcək.

Təyyarənin hazırlanmasında müasir texnologiyalardan istifadə ediləcək və “uçan qanad” formasında hazırlanacaq və 30 tona qədər silah daşıya biləcək.

Teqlər: