İsrail diviziyası Qəzzanı niyə tərk etdi? – ABŞ açıqladı

İsrail diviziyası Qəzzanı niyə tərk etdi? – ABŞ açıqladı

İsrail hərbçilərinin Qəzzanın cənubundan çıxarılması şəxsi heyətin təchiz edilməsi və istirahət üçündür, hər hansı yeni əməliyyat nəzərdə tutulmur.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Onlar (İsrail qoşunları) dörd aydır oradadır və biz onların yorulduğu, yenidən təchiz edilməli olduqları barədə xəbərlər alırıq”, – Kirbi bildirib.

Qeyd edək ki, İsrail ordusunun 98-ci diviziyası Qəzzanı tamamilə tərk edib.

Teqlər: