İsrail Dəniz Qübbəsini sınaqdan keçirdi

İsrail Dəniz Qübbəsini sınaqdan keçirdi

İsrail Hərbi Dəniz Qüvvələri “C-Dome” (Dəniz Qübbəsi) sistemini uğurla sınaqdan keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Bildirilib ki, sınaq real təhdidləri simulyasiya edib, kompleks ssenarilərdə sistem tərəfindən hədəflərin uğurlu aşkarlanması və ələ keçirilməsini əhatə edib.

Məlumata görə, “C-Dome” Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin təkmil konfiqurasiyasıdır və Hərbi Dəniz Qüvvələrinin dörd “Sa’ar 6 Magen” sinif korveti ilə idarə olunur.

Teqlər: