İsrail Dəməşqə zərbələr endirdi: ölənlər var

İsrail Dəməşqə zərbələr endirdi: ölənlər var

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 F-16 qırıcısının aviazərbələri nəticəsində Dəməşqdə Texniki İnstitutun və Mədəniyyət Mərkəzinin binaları dağılıb.

AzerTimes xəbər verir ki, bunu rusiyalı general-mayor Oleq Qurinov deyib.

“Fevralın 19-u saat 00.22-dən 00.27-dək İsrailin dörd F-16 taktiki qırıcısı Qolan təpələrindən raket hücumu həyata keçirib, nəticədə Texniki Tətbiqi İncəsənət İnstitutunun və Kəfr Sus ərazisindəki mədəniyyət mərkəzinin binaları dağıdılıb. Suriya tərəfinin məlumatına görə, 5 nəfər ölüb, 15 nəfər yaralanıb”, – Qurinov bildirib.

Teqlər: