İsrailin yeni hökuməti, əvvəlki üç qapanmanın iqtisadiyyata vurduğu zərərə bir daha yol verməmək məqsədiylə, COVID-19 pandemiyasının dördüncü dalğası ilə qapanma tətbiq etmədən mübarizə aparmağa qərarlıdır.
AzerTimes-ın məlumatına görə, İsrailin Clalit Səhiyyə Xidmətinin rəsmisi bildirib ki, görülməsi lazım olan müəyyən profilaktik tədbirlər var.
“İnanırıq ki, COVID-19-a qarşı üçüncü (buster) dozasının vurulması yoluxma hallarının azalması ilə nəticələnəcək”, – deyə o bildirib.
İsrail iyul ayında 12 yaşdan yuxarı bütün əhalisini üçüncü doza ilə peyvənd etmək üçün genişmiqyaslı ümummilli kampaniyaya başlayaraq, buster dozayla bağlı müvafiq qərar verən ilk ölkə oldu.