İsrail bu ölkələrlə yaxınlaşır – Rəisidən etiraz

İsrail bu ölkələrlə yaxınlaşır – Rəisidən etiraz

İsrailin bölgədəki ərəb ölkələri, o cümlədən, Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması istiqamətində səyləri baş tutmayacaq.

AzerTimes xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi CNN telekanalına müsahibəsində deyib.

O, İranın Təl-Əvivlə ərəb ölkələrinin münasibətlərinin yaxşılaşdırılmasının əleyhinə olduğunu bildirib.

Rəisinin bu çıxışı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və İsrailin Baş naziri Benyamin Netanyahunun iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesinin davam etməsi ilə bağlı bəyanatlarından iki gün sonraya təsadüf edir.

İsrail və Səudiyyə Ərəbistanının rəsmiləri qarşıdakı 5 ay ərzində diplomatik əlaqələrin qurulacağını deyiblər.

Teqlər: