İsrail bu ölkələrdə radar quraşdırdı – İran təhlükəsinə qarşı…

İsrail bu ölkələrdə radar quraşdırdı – İran təhlükəsinə qarşı…

İsrail İrandan atılan raket hücumlarına qarşı erkən xəbərdarlıq etmək üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndə radar sistemləri quraşdırıb.

AzerTimes xəbər verir ki, bunu İsrailin “Kanal 12” telekanalı iddia edib.

İddiaya görə, İran bir müddət əvvəl İraqın hava məkanı üzərindən PUA-lar vasitəsilə İsrailə hücum etməyə çalışıb. Sözügedən sistemlərin köməkliyi ilə İsrail həmin hücumların qarşısını ala bilib.

Bundan başqa, telekanal iddia edib ki, ABŞ İsrailin bölgədə diplomatik əlaqələri olmayan bəzi ərəb ölkələri də daxil olmaqla, İrana qarşı yeni təhlükəsizlik ittifaqı yaratmağa hazırlaşır.

Teqlər: