İsrail bu ölkə ilə sərhədini razılaşdırdı – ABŞ-dan reaksiya

İsrail bu ölkə ilə sərhədini razılaşdırdı – ABŞ-dan reaksiya

ABŞ Prezidenti Co Bayden İsrail və Livan liderlərini iki ölkənin dəniz sərhədi ilə bağlı razılaşma əldə etməsindən dolayı təbrik edib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bayden tarixi razılaşma ilə əlaqədar İsrail Baş naziri Yair Lapid və Livan Prezidenti Mişel Aunla telefon danışığı apardığını bildirib:

“ABŞ-ın bir neçə aylıq vasitəçiliyindən sonra İsrail və Livan hökumətləri dəniz sərhədi mübahisəsinə rəsmi şəkildə son qoymağa və daimi dəniz sərhədi yaratmağa razılaşdılar”.

Bayden administrasiyasının yüksək rütbəli rəsmisi isə bildirib ki, saziş Livana birbaşa xarici investisiyalar, xüsusilə enerji sektoru üçün yeni potensial təmin edəcək:

“İsrail Aralıq dənizi sərhədində tapılan karbohidrogenlərin istənilən payına görə kompensasiya alacaq. İsrail sahil zolağının mühafizəsini təmin etmək üçün lazım olan təhlükəsizlik mexanizmlərini və infrastrukturunu mühafizə edəcək”.

O qeyd edib ki, razılığa gəlmək asan olmayıb və qarşıda çətin günlər ola bilər. Onun sözlərinə görə, ABŞ lazım gəldikdə vasitəçilik rolunu oynamağa davam edəcək:

“Bu, birbaşa ikitərəfli razılaşma deyil. Bu, ABŞ-ın vasitəçiliyi ilə əldə olunub, lakin bu, hər iki ölkəyə öz iqtisadi maraqlarını münaqişəsiz həyata keçirməyə, sərhədin müəyyənləşdirməsinə imkan verəcək. Məqsəd budur”.

Teqlər: