Eriteriyanın Dahlak arxipelaqındakı bazada İsrail hərbçilərinə silahlı hücum olub.
AzerTimes xəbər verir ki, bu barədə Livanın “Əl Mayadin” telekanalı məlumat yayıb.
Bildirilib ki, hücumun hədəfi İsrailin müşahidə məntəqəsinin yerləşdiyi dağın zirvəsi olub.
İddialara görə, hücum nəticəsində İsrailin yüksək rütbəli hərbçisi həlak olub.
Qeyd edək ki, Dahlak Qırmızı dənizdə Eriteriya yaxınlığındakı adalar qrupudur. Burada İsrailin ölkə xaricində ən böyük hərbi bazası yerləşir.