İspaniyanın Palma adasında püskürən vulkanın lava axını okeana çatıb

İspaniyanın Palma adasındakı vulkandan lava axını Atlantik okeanına çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə El Pais qəzetinə hadisənin şahidləri və Tasakorte şəhərinin meri Xuan Miqel Rodriqes təsdiq edib.

Məlumata əsasən, lava axının dəniz suyu ilə təmasda olduqda qara və ağdan zəhərli buludlar əmələ gəlir. Buxarlar ölümcül ola bilər: 1971-ci ildə adada əvvəlki püskürmə nəticəsində bir nəfər zəhərliyici toksinlərdən ölüb.


El Pais qeyd edir ki, vulkanın aktivliyi və lavanın hərəkəti gözlənilməzdir, bəzən sürətlənir, bəzən isə yavaşlayır.