İspaniyada zəncirvari qəza olub, onlarla xəsarət alan var

Xəbər - Orxan Nəbiyev – Trend:

İspaniyanın Kataloniya muxtar əyalətində zəncirvari qəza
olub.

Trend-in
məlumatına görə, qəzada 50-dək avtomobil toqquşub.

Hadisə nəticəsində azı 30 nəfər xəsarət alıb. Qəza bölgəsinə
çoxlu sayda tibb işçisi cəlb edilib.

Qeyd olunur ki, qəzaya əlverişsiz hava şəraiti, xüsusilə də
güclü qar səbəb olub.