Xəbər - Orxan Nəbiyev – Trend:
İspaniyada saxta koronavirus vaksini barədə sertifikatlar (COVID pasportu) təqdim edən qruplaşmaya qarşı polis əməliyyatı keçirilib.
Trend-in məlumatına görə, bu barədə İspaniya Milli Polisi məlumat verib.
Əməliyyat nəticəsində yeddi nəfər saxlanılıb. Onlardan 6-sı paytaxt Madriddə, bir nəfəri Barselonada ələ keçirilib.
Qeyd olunur ki, həmin qruplaşma Avropanın bir neçə ölkəsində vətəndaşlara saxta sertifikatlar satıb.
Ümumilikdə, qrup üzvləri 1 600 nəfərin adını vaksin bazasına daxil edib.
Əməliyyat zamanı müəyyən edilib ki, qrup üzvləri saxta testi 50 avroya, iki və ya üç dozanın qeyd olunduğu vaksini 200-1000 avro arası qiymətə satıb.