İspaniyada qəbiristanlıqda atışma olub, ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

İspaniyanın şərqindəki Valensiya şəhəri yaxınlığında qəbiristanlıqda atışma zamanı iki nəfər həlak olub.

Trend-in məlumatına görə, insident İspaniyada Müqəddəslər Gününün qeyd olunduğu vaxtda baş verib.

Hadisə nəticəsində bir neçə nəfərin də yaralandığı deyilir. Həlak olanlardan birinin 80 yaşı olub.

Qeyd olunur ki, atışma iki qaraçı ailəsi arasında mübahisə nəticəsində başlayıb.