İspaniyada öküz yarışları zamanı bir nəfər həyatını itirib

İspaniyanın şərqində Onda şəhərində ənənəvi öküz yarışları zamanı bir nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Bildirilir ki, 55 yaşlı kişi öküz tərəfindən yetirilən xəsarət nəticəsində ölüb. Yarış hadisədən sonra təxirə salınıb.


Bu, COVID-19 məhdudiyyətlərinin yumşaldılmasından sonra İspaniyada ənənəvi tədbirin yenidən keçirilməsindən sonra ilk ölüm hadisəsidir. Son yeddi il ərzində yarışlar zamanı 17 nəfər həyatını itirib, o cümlədən 2015-ci ildə ən çox ölüm hadisəsi qeydə alınmışdır.

Teqlər: