İspaniyada meymunçiçəyinə yoluxanların sayı 80 nəfəri ötüb

İspaniyada meymunçiçəyinə yoluxanların sayı 84 nəfərə çatıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Buna qədər ölkədə 59 nəfərin meymunçiçəyinə yoluxduğu
deyilirdi.

Ümumilikdə, bu günədək həmin xəstəliyə 21 ölkədə yoluxma qeydə
alınıb. Yoluxanların ümumi sayı 230 nəfərə çatıb.