İspaniyada helikopter dənizə düşüb

İspaniyanın Əndəlüs muxtar icmaında helikopter dənizə düşüb.

AzerTimes-ın “ABC” qəzetinə istinadən verdiyi məlumata görə, helikopterin dənizə düşməsi nəticəsində 1 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.


Bildirilir ki, xəsarət alan şəxs helikopterin pilotu olub. Xilasedicilər onu sudan çıxarıb və yerli limana çatdırıblar. Helikopetrdə olan digər şəxsin axtarışları davam etdirilir.