Xəbər - Orxan Nəbiyev – Trend:
İspaniyada kral ailəsini təhqir etdiyi üçün həbs olunan rep musiqiçisinə dəstək olaraq keçirilən etiraz aksiyası zamanı 60-dan çox şəxs yaralanıb.
AzerTimes-ın məlumatına görə, aksiyalar paytaxt Madriddə və Katalanoiya muxtar regionunda keçirilib.
Madriddə 55 nəfər xəsarət alıb ki, onlardan 35-i polis əməkdaşı olub.
Ölkədə musiqiçiyə dəstək aksiyaları bir neçə gündür ki, davam edir.
Qeyd edək ki, repçi Pablo Asel “Twitter”də yazdıqlarına görə, terrora çağırış və taxt-tacı təhqir etməkdə təqsirli bilinərək 9 ay müddətinə həbs olunub.