Bərdədə cibgir saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Bərdə şəhər sakini M. Məmmədov fevral ayının 16-də Bərdə RPŞ-yə ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Teqlər: