İspaniyada 30 nəfərdə naməlum hepatit aşkarlanıb

2022-ci ilin əvvəlindən İspaniyada naməlum mənşəli hepatit azı
30 nəfərdə aşkar edilib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, xəstəliyə yoluxanların 24 nəfəri 10 yaşdan kiçik
uşaqlardır. İspaniyada hepatitin bu növünün ən geniş yayılmış
simptomları qusma, qızdırma və sarılıq olub.

Bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı naməlum mənşəli
hepatitin 33 ölkədə 650 nəfərdə aşkar olunduğunu bildirib.