İspaniya polisi əməliyyat nəticəsində külli miqdarda kokain ələ keçirib

İspaniya polisi Kanar adaları yaxınlığında narkotik
qaçaqmalçılığı ilə mübarizə çərçivəsində uğurlu əməliyyat
keçirib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı balıqçı gəmisində
2 900 kiloqrama yaxın narkotik vasitə olan kokain aşkar olunaraq
götürülüb.

Məlumata görə, əməliyyat İspaniya Milli Polisi, Mülki Qvardiya
və Vergi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilib.

Atlantik okeanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
mübarizə üçün strateji əhəmiyyətli nöqtəyə nəzarəti gücləndirmək
üçün martın 15-də Kanar adaları gömrük nəzarətinin əməliyyat
zonasına yeni “Condor” tipli patrul gəmisi göndərilib.