İsmayıllıda zəlzələ qeydə alınıb

Aprelin 20-də yerli vaxtla saat 22:05-də İsmayıllı
stansiyasından 27 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ
qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər
hiss olunub.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd
rayonlarda hiss edilməyib.

Teqlər: