İsmayıllıda yol polisinin keçirdiyi reyddə 23 sürücü cərimələnib (FOTO)

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı dayanma-durma
qaydalarını pozan 23 sürücü barəsində inzibati protokol tərtib
olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, şəhər ərazisində təhlükəsizliyin təmin
edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində hərəkətin
intensiv olduğu ərazilərdə, dayanma-durmanın qadağan edildiyi
yollarda nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.
Onlarla profilaktik söhbətlər aparıldıqdan sonra barələrində
inizbati tənbeh tədbirləri görülüb.

Teqlər: