İsmayıllı şəhərində dördmərtəbəli yaşayış binasının dördüncü
mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin yanar
konstruksiyaları 16 m² sahədə və qismən içərisindəki ev əşyaları
yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, mənzilin
qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.