“40.000.000 Pul Yağışı” lotereyasında növbəti böyük uduş – 200.000 manat qazanıldı

“Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar
böyük uduşları ilə lotereya həvəskarlarının şansı olmağa davam
edir.

“40.000.000 Pul Yağışı” ani lotereyasında növbəti 200.000 manat
məbləğində böyük uduş öz sahibinə nəsib oldu. Bu lotereyada olan
böyük uduş Azərbaycan ani lotereya oyunlarında tarixində ən böyük
məbləğdir.

Bu böyük uduşun şanslı qalibi Ağcabədi rayon sakini Cahandar
Süleymanov oldu. C.Süleymanov bir müddətdir lotereya oynadığını və
qazandığı üçün çox sevindiyini bildirib. “Əvvəlcə gözlərimə inana
bilmədim. Bileti bir daha yoxladım. Çox xoşbəxtəm. Udduğum məbləğin
bir qismini Yaşat Fonduna verməyi düşünürəm” deyə, o, qeyd
edib.

“40.000.000 Pul Yağışı” ani lotereyasında bu yeğanə böyük uduş
deyil. 200.000 məbləğində növbəti böyük uduşlar və milyonlarla
digər uduş öz şanslı qaliblərini gözləyir.

Lotereyaların təşkilində şəffaflıq və uduş fondları haqqında
qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar
dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə
əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin
arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır.

Xatırladaq ki, lotereya bir şans oyunudur. Bu oyunlarda iştirak
etmək boş vaxtın səmərəli və əyləncəli keçirilməsi ilə
nəticələnməlidir.

“40.000.000 Pul Yağışı” ani lotereyası, eləcə də “Azərlotereya”
ASC-nin digər ani lotereyaları “Brilliant”, “Şans ulduzu”, “5X” və
“Qızıl” biletlərini bütün “Misli” məntəqələri və lotereya satış
nöqtələri, “Azərpoçt” şöbələri və “Maxi.az” mağazalar şəbəkəsində
əldə edə bilərsiniz.

Teqlər: