İsmayıllıda su quyusu uçdu, fəhlə öldü

Xəbər - Samir Əli – Trend:

İsmayıllı rayonunda su quyusunun uçması faciə ilə nəticələnib.

İsmayıllı rayon İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, hadisə rayonun Zərgəran kəndində baş verib.

Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü İbadov Mehdiqulu Buxar oğlu kənd ərazisindəki həyətyanı sahəsində qazılmış su quyusunda təmir işləri gördürərkən quyu uçub.

Hadisə nəticəsində quyuda təmir işləri aparan, İsmayıllı rayonunun Təzəkənd kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu uçqun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: