İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə
şəhərin müxtəlif küçə və prospektlərində reyd keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, reyd zamanı müxtəlif qayda pozuntularına yol
verən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər
polis əməkdaşları tərəfindən müəyyən edilib.
Onlara törətdikləri qayda pozuntuları izah olunub və 20-yə yaxın
sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.