İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin rayonun Göytəpə kənd sakini Namiz Mirzəliyev olduğu müəyyən edilib. Ondan bir ədəd “TOZ” markalı ov tüfəngi , həmin silaha məxsus patronlar və ovladığı 5 ədəd çöl quşu aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Teqlər: