İsmayıllıda çökən yol tezliklə bərpa olunacaq

İsmayıllı rayonunun Kəlfərəc kəndi ərazisində torpaq sürüşməsi
nəticəsində 1 il əvvəl asfaltlanmış yolda çatlar yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli
Trend-ə bildirib ki, yolun çökən hissələrində
hərəkəti təmin etmək üçün işlər görülüb.

Yolun keçdiyi dağ yamacı boyunca sürüşmə olub.

“Həmin yol da sürüşmə baş verən ərazidən keçir və nəticədə də
yolun bir hissəsində çökmə baş verib. Ərazidə sürüşmə səngiyəndən
sonra yolun təmiri aparılacaq”,-deyə qurum rəsmisi bildirib.

Teqlər: