MTK “Teknofest Azərbaycan” yarışmasında 1-ci yer qazanan ilk məktəb oldu (VİDEO)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “GreenLines”
komandası Teknofest 2022 yarışmasında “Yaşıl” texnologiyalar
kateqoriyası üzrə 1-ci yer qazanmışdır.

Şagirdlərin hazırladıqları layihə meşə yanğınlarının qarşısını
vaxtında almaq üçün nəzərdə tutulmuşdur. Layihənin ideyası 2021-ci
ildə Türkiyədə baş verən meşə yanğınlarından sonra yaranmışdır.
Layihəyə festivala gələn ziyarətçilər tərəfindən olduqca böyük
maraq var idi.Jüri səsverməsindən sonra layihə ən yüksək xal
toplayaraq qalib olmuşdur. Qalib gələn komandamızı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə
Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Nobel
mükafatı laureatı cənab Əziz Sancar təltif etmişdir. Qeyd edək ki,
komandanın kapitanı İmran Nəsibov keçən il Türkiyədə keçirilmiş “Teknofest 2021” yarışmasında Azərbaycanı təmsil etmişdir. İmranın
təqdim etdiyi “Zəfər yolu” kosmik stansiya modeli insanların uzun
müddət Kosmosda yaşayışını təmin etmək üçün nəzərdə
tutulmuşdur.

Kompleksimiz ümumilikdə “Teknofest 2022” yarışmasında 4 komanda
üzrə təmsil olunurdu. Bu komandalardan 2-si “SkyDreams” və “New
Generation’s Business” “Baku Skills”, digər 2 komanda “GreenLines”
və “gFuture” isə “Yaşıl” texnologiyalar kateqoriyası üzrə iştirak
edirdi. “Yaşıl” texnologiyalar kateqoriyasında yarışan digər
komandamız “gFuture” yarışmada 3-cü yer qazanmışdır. Gənc ixtiraçı
şagirdlərin hazırladıqları layihə külək enerjisindən şəhər
mühitində əlverişli istifadə üçün nəzərdə tutulmuşdur. Bu
komandanın kapitanı Səid Nəsibov dəfələrlə beynəlxalq riyaziyyat və
informatika olimpiadalarının qalibi olmuş və bu il dünyanın top
universitetlərindən biri olan “University College London”a (UCL)
qəbul olmuşdur.

Ölkəmizdə keçirilən bu cür texnologiya sərgiləri azərbaycanlı
gənclərin, məktəblilərin gələcək karyerasının qurulmasında,
inkişafyönümlü olmasında və dünyagörüşünün artırılmasında böyük rol
oynayır. Əminik ki, “Teknofest Azərbaycan” festivalında iştirak
edən startapçılar və gənc ixtiraçılar ölkəmizin gələcəyi naminə
möhtəşəm işlər görəcəklər.

https://www.mtk.edu.az/az20/

Səməd Vurğun küçəsi 151

www.mtk.edu.az

[email protected]

+994552028401

#teknofest2022 #teknofestazerbaijan #teknofestazərbaycan
#texnofest #teknofest

Teqlər: