İsmayıllıda buzlu yolda 7 maşın toqquşdu

İsmayıllıda buzlu yolda 7 maşın toqquşdu

İsmayıllı rayonunun Basqal qəsəbəsində xəsarətlə nəticələnən zəncirvari avtomobil qəzası olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, axşam saatlarında yolun buz bağlaması səbəbindən 7 minik avtomobili – “Mersedes”, “Opel”, “Qazel”, “Ford”, “Toyota Prius”, “Hunday SantaFe” və “VAZ-2107” markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Hadisə zamanı 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: