İsmayıllıda avtoxuliqan həbs edilib (FOTO)

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları rayon ərazisində ictimai asayişi və yol-hərəkəti
qaydalarını davamlı şəkildə pozan sürücünü saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayon sakini Səbuhi Qəniyev istifadəsində
olan “VAZ-2106” markalı avtomobillə şəhərin bir sıra küçə və
prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. Yol polisi
əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsi
ilə birgə saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci
(avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə
göndərilib. Məhkəmənin də qərarı ilə S.Qəniyev 20 sutka
inzibati

Teqlər: