İsmayıllıda avtomat güllələri tapılıb

Xəbər - Samir Əli – Trend:

İsmayıllı rayonu Keşqurd kəndi ərazisindəki otlaq sahəsində şübhəli bağlamaların olması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman 2 ədəd dəmir qutunun içərisində, paslanmış vəziyyətdə avtomat güllələri aşkar edilərək götürülüb və ekspertizaya təqdim edilib.


Faktla bağlı araşdırma aparılır.

Teqlər: