İsmayıllıda atları kəsib, ətini Bakıda satmaq istəyən şəxs saxlanılıb (FOTO)

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat
əsasında keçirdikləri əməliyyat nəticəsində yaşadığı ünvanda
qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, rayon sakini Rüstəm Həmzəyevin yaşadığı
ünvana baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir
sənədi olmayan dörd baş ata məxsus ət, eləcə də həmin atların
başları aşkarlanıb. Ev sahibi ifadəsində həmin ətləri sümükdən
ayıraraq Bakı şəhərində satmaq məqsədində olduğunu bildirib. Qida
Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ətlərdən müvafiq
nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib.


Faktla bağlı təhqiqat araşdırmaları aparılır.

Teqlər: