İsmayıllıda ata-oğulla həmkəndlisi dava etdi: yaralılar var

İsmayıllıda ata-oğulla həmkəndlisi dava etdi: yaralılar var

İsmayıllı rayonunda ata-oğulla həmkəndlisi arasında dava olub, xəsarət alanlar var.

AzerTimes xəbər verir ki, hadisə Uştal kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Qurbanov və oğlu, 1994-cü il təvəllüdlü Hicran Qurbanovla həmkəndliləri – 1986-cı il təvəllüdlü Raqib Qasımov arasında torpaq üstündə mübahisə yaranıb. Daha sonra onlar dava edib və bir-birilərinə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Report-a verilən məlumata görə, rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

Teqlər: