İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Namiq Beybutov və Zahid Şəfiyevin hər birindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, onların barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.


Teqlər: