İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Namiq Beybutov və Zahid Şəfiyevin hər birindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, onların barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.