İsmayıllı rayonunda iki il əvvəl törədilmiş qətlin üstü
açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzerTimes-a bildirilib
ki, 2020-ci il mart ayının 28-də İsmayıllı rayonunun Tubukənd kəndi
ərazisindən kişi meyiti tapılmışdır. Həyata keçirilmiş
əməliyyat-axtarış və istintaq tədbirləri ilə mərhumun Bakı şəhər
sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Məmmədov olması
məlum olmuşdur.
Araşdırmalarla Sabirabad rayon sakini Ümidvar İbişov və Xocalı
şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyevin narkotik
asılılığından əziyyət çəkən tanışları R.Məmmədovu xəstəxanaya
yerləşdirmək adı ilə “Hyundai” markalı avtomobildə Qaradağ rayonu
ərazisinə aparmaları, orada avtomobilin salonunda Ü.İbişovun onu
boğaraq öldürməsi və cinayəti gizlətmək məqsədilə cəsədi İsmayıllı
rayonunun Tubukənd kəndinə aparıb üstünə yanacaq tökərək
yandırmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri
ilə Ü.İbişov və E.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa
təhvil verilmişlər.