“İslami Cihad” İsraili məhv etmək niyyətindədir – Lapid

“İslami Cihad” İsraili məhv etmək niyyətindədir – Lapid

“İslami Cihad” təşkilatı İranın İsraili məhv etmək və günahsız israilliləri öldürmək məqsədi daşıyan proksi qruplaşmasıdır və bu qrupun baş katibi hazırda İrandadır.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə İsrail Baş naziri Yair Lapid çıxış edib.

O, Qəzzada “İslami Cihad”ın mövqelərinə qarşı hazırkı hücumların lazım olduğu qədər davam edəcəyini qeyd edib.

Lapid ölkəsinin bu bölgədə münaqişələrin genişlənməsində maraqlı olmadığını, lakin lazım gələrsə, bundan çəkinməyəcəyini bildirib.

Qeyd edək ki, SEPAH avqustun 5-i axşam saatlarında bəyanat yayaraq İsrailə qarşı olan bütün proksi qüvvələrə dəstəyini ifadə edib.

Teqlər: