İslam insanları necə xilas etməsindən danışdı

İslam insanları necə xilas etməsindən danışdı

Ertəsi gün hər şeyi başa düşdüm. Hamı mənə yazdı – Teleqramda, VKontaktedə mənə təşəkkür etdi, “Köməyə ehtiyacınız varsa, yazın” dedilər.

AzerTimes xəbər verir ki, bu sözləri “Krokus Siti Holl”da terror zamanı 100-dən çox insanı xilas edən 15 yaşlı İslam Xəlilov Rusiya mediasına açıqlamasında deyib.

İslam insanları “Krokus Siti Holl”dan necə çıxarmasından danışıb:

“Hər şeyi reaksiya əsasında, təlimatlara uyğun etdim. Başa düşdüm ki, şok vəziyyətində dayansam, bu, özüm də daxil olmaqla, yüzlərlə insanın həyatı bahasına başa gələ bilər. Bu səbəbdən mümkün qədər tez hərəkət etdim, əlimdən gələn köməyi etməyə çalışdım”.

O bildirib ki, valideynləri əvvəlcə əsəbiləşib, doluxsunublar:

“Amma sonra fəxr etdilər və dedilər ki, mən hər şeyi düzgün etmişəm”.

Qeyd edək ki, Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, müfti Şeyx Ravil Qaynutdin martın 29-da Moskva Katedral məscidində İslam Xəlilovu Rusiya müsəlmanlarının ali mükafatlarından biri olan “Xidmətlərə görə” medalı ilə təltif edəcək.

Teqlər: